понедельник, 18 июля 2011 г.

Bomond

BOMOND

Bu, metafora deyil

Bu gün hamı buradadır, yazıçılar şairlər, filosoflar, aktyorlar rejissorlar bəstəkarlar, siyasətçilər, kommunistlər, anarxislər, demokratlar, degeneratlar. Bu axırıncılar radiasiyaya yoluxmayıblar, onlar ruhən belədirlər, amma, hər halda bu degenerasiya onların fizianomiyalarında da özünü şox kəskin surətdə biruzə verib. Buradakı insanlar yeni ideya axtarışındadırlar, bu boşluğu hər kəs öz “ideyası” ilə doldurmağa çalışır. Bu yığıncağın təşkilatşısının və eyni zamanda isə aparıcısının isə öz mıqsədi var.Təsəvvür edək ki, o Bulqakovun çox məhşur bir qəhrəmanıdır.
Tədbir başlayır, pərdə arxasından aparıcının səsi gəlir:
- Bu gün yeni liderlərin təqdimat mərasimidir. Burada toplaşan gənclərə öz liderini seçmək imkanı veriləcək. İndi sizə təqdim olunacaq insanlar bizim cəmiyyətin alternativsiz qaymaqlarıdır. Buyurun qarşılayın!
Səhnə arxasında aparıcı boyu 150 santimetrdən çox olmayan, yaşı əllini keçmiş bir kişiyə öz təlimatlarını verir:
- Bu insanlar qeyry-adiliyi xoşlayırlar, onları təəcübləndir, ələ al. Başına beret qoy, bığlarının ucunu da yuxarı bur - deyib, ona bir fırça və kişik bir vedrədə tünd qırmızı rəngli boyaya oxşar bir maye verib səhnəyə yola salır.
Səhnəyə böyük bir kətan tablo enir, onun garşısında dayanan “rəssam” zala müraciyət edir:
- Mən Salvador Daliyəm! İndi burada, bu tabloda iki saatdan sonra məm bu fırça və bu rənglə dünyanın ən məhşur şedevrini yaradacağam!
Zaldan etiraz səsləri gəlir:
- Sən heç iki yox, iki min saatdan da sonra heç nə yarada bilməzsən. Bunun üçün kifayət gədər sərbəst deyilsən, birdə ki, sənin əlindəki boya ancaq mənasız dörbucağa bəs edər.
-Cəhənnəm ol!
- İtil!
- Sən bizi aldada bilməzsən!
Fit və etiraz səsləri zalı bürüyür. Aparıcının səsi kütləni sakitləşdirir:
- Mənim əzizlərim tələsik qərar şıxarmayın. Buyurun dünyanın ən istedadlı rejissorunu qarşılayın!
Səhnəyə orta boylu, kök bir cavan oğlan çıxır, mikrafona yaxınlaşır və oskar mükafatı alırmış kimi bir poza alır:
- Bilirsiniz ki, mən bu yaxınlarda yeni bir film cəkmişəmə Onun təkcə adı görün sizə nələri deyir: “ Bir mərtəbəli evin zirzəmisi”. Mən bu hollivuddakı axmaqların yerinə olsaydım bu filmə 13 oskar mükafatı verərdim.
Bəs niyə 11 yox , məhz 13? – deyə gənclərdən biri soruşur
- Çünki 11 nəs rəqəmdir, o Titanikə düşmədi
- Bəs sənin adın nədir? – deyə digər bir gənc soruşur
-Federiko Fellini!
- Onda bizə de görək, o bədbəxt özünü və uşaqlarını nə üçün güllə ilə vurdu, hə!?
“Rejissor” fikirləşməyə başlayır, zalı yenə etiraz və fit səsləri bürüyür. Aparıcı bu nömrənin də baş tutmadığını görüb yenidən zala müraciət edir:
-Siz tamamilə haklısınız, bu bigabiliyyətdən lider çıxmaz, indi mən sizə sizin yeni peyğənbərinizi göndərəcəyəm.
Səhnə arxasında aparıcı “peyğəmbərə” qırmızı üzlü bir kitab uzadaraq onu səhnəyə qalxmağı əmr edir:
- Çıxarsan və deyərsən ki, bu sizin yeni müqəddəs kitabınızdır...
- Messir axı bu “Qırmızı müdriklərin protokolları”dır- deyə “peyğəmbər” etiraz edir.
Ararıcı qəzəblənir:
- Boş-boş danışma, bunun nə fərqə var ki, kitab kitabdır!
- Bəs birdən bir sual versələr, onda necə olsun?
- Narahat olma, mən suflyorun yerində olacağam – deyə aparıcı cavab verir.
“Peyğəmbər” bir əlində kitab, sol qolunun üstündə qartal, boğazında isə ilan səhnəyə çıxır və deyir:
- Mənim adım Zərdüşdür. Bu əlimdəki kitab sizin yeni müqəddəs kitabınızdır, boynumdaki ilan müdriklik, qolumun üstündəki qartql isə cəsarət rəmzidir. Siz Bilirsiniz ki Allah ölüb. Onu kimin öldürdüyü, sizin üçün yenicə nazil olmuş bu yeni müqəddəs kitabınızda yazılıb. Onu sionistlər öldürüb, biz onlara qarşı amansız mübarizə aparmalıyıq, onların hamısını məhv etməliyik, onların dövlətini şəhərlərini yer üzündən silmələyik. Bizim bütün bəlalarımızın səbəbkarı onlardır. Əgər məni özünüzə lider seçsənəz söz varirəm ki, onlar üçün ikinci xalakost təşkil edəcəyəm.
-Sən düz demirsən. Allahın necə öldüyünü biz yaxşı bilirik, əgər sən həqiqətən də Zərdəştsənsə onda de görək sən o qoca arvada qadınlar haqda nə demişdin – deyə gənc bir qız soruşur.
Yalançı peyğəmbər çaşır , suflyora sarı əyilərək pıçıldayır:
- Messir, Zərdüşt qadınlar haqda nə demişdi?
- Mən nə bilim? O axmaq arvad o qədər goca idi ki, Zərdüşdün dediklərini dərhal unutdu, məh heç nə öyrənə bilmədim.Hələ ki, gec deyil səhnədən get, yoxsa məni də ifşa edəcəksən.
Zalda yenə hay-küy qopur. Aparıcı yenə kütləni sakitkləşdirir:
- Narahatçılığa əsas yoxdur, mənim əzizlərim, indi mən sizə dünyanın ən məhşur inqlabçısını təqdim edəcəyəm!
Səhnə arxasında aparıcı gənc bir oğlanı yanına çağırıb deyir:
- Al, bu bereti qoy başına, bu da sənin kuba siqarın, çıx səhnəyə və onları sakitləşdir.
Cavan oğlan - Axı Messir mən bu kütlənin qarşısına çıxsam çox həyəcanlanacağam, və heç nə edə bilməyəcəyəm? – deyə qorxa-qorxa soruşur. Aparıcı bərk qəzəblənir:
- Sən nə vaxt adam olacaqsan? Azazello?!, bu axmağa 200 qram Montesuma süz, qoy zəhərlənsin.
Azazrllo dərhal əlində bir stəkan araqla oğlanın qarşısında peyda olur. Cavan oğlan stəkanı bir nəfəsə başına çəkib, Azazellonun odlu kürən saçlarını iylədikdən sonra, sağ yumruğunu yuxarı qaldıraraq səhnəyə çıxır.
- Ey mübariz gənclik, siz bilirsiniz ki, mənim adım dünyanın ən məhşur inqlabçıları ilə bir cərgədə şəkilir. Mən təcrübəli bir inqlabçı kimi sizi əmin etmək istəyirəm ki, artıq inqlabın əsas şərti, ayın on üçü, cümə günü və dolu ay bu il üst-üstə düşəcək. Və məhz bu gün mən ölkədə kürən inglabı edəcəyəm.
Zal yenə etiraz etməyə başlayır:
- Bu necə inglabdır ki, bunun haqqında hamı bilir? Sənin bu inglab etməyin lap o rus cizgi filmindəki italtyansayağı oğurluğa bənzəyir. Bilirsən də orada Marçellonun bank yaracağını bütün şəhər bilir, sonda borclarını payladıqdan sonra yenə də cibi boş qalır.
Zalı gülüşmə səsləri bürüyür.
- Bəs sənin adın nədər, inqlabçı? – deyə kimsə soruşur.
- Çe Qevara!
- Nə Qevara?
- Çe.
- Nə? Çe? Bu ki erməni dilində yox deməkdir! Daş- qalaq edin bu əclafı, o satqındır - sözləri deyildikdən sonra, inqlabçının başına zaldan müxtəlif əşyalar yağmağa başlayır.Qızlrdan biri dik daban ayaqqabısını çıxarıb snayper dəqiqliyi ilə “ Çe Qevaranın” başını vurub qanadır. O daha ağir xəsarət alacağından qorxaraq səhnədən qaçır. Səhnə arxasında aparıcı qəzəblə uzun quyruğunu Çe Qevaranın boğazina dolayıb oxa bənzər ucunu isə azacıq onun xırtdəyinə sancır və qışqırır:
- Azazello! Gəl bu alkaqoliki apar at zindana, bəlkə altı-yeddi ildən sonra ağlı başına gələ, özü də siyasi məhbus ela edərsən bunu, zindandan çıxarıb yeni siyasi lider kimi təqdim edərik, bəlkə onda ona daha çox inanalar.
Aparıcı narahat olmağa başlayır:
- Bir çıxış yolu olmalıdır axı. Bu gəncləri nə ilə isə maraqlandırmaq diyəsən çox çətin olacaq.
O üzünü Marqaritaya tutub deyir:
- Bəlkə sən onlara striptiz göstərəsən?
- Axı Messir mən bunu bacarmıram – deyə Marqarita cavab verir.
- Mən nə deyirəm onu da et, soyunmağı ki bacarırsan, çıx səhnəyə onların başını bir az da olsa qat, mən ona kimi bir şey fikirləşərəm.
Marqarita başına kavboy şlyapası, ayaqlarına qırmızı rəngli dikdavan uzun çəkmələr, qödək cins şort geyir və dama-dama köynəyənin uclarını düyüb səhnəyə çıxır. Coy Kokkerin müvafiq musiqisi səslənir və səhnənin ortasında paslanmayan poladdan hazırlanmış boru peyda olur. Marqarita bir əli ilə bu borudan yapışıb onun ətrafına bir neçə biçimsiz dövrə vurduqdan sonra, arxasını zala çevirib, üzərində böyük 69 yazılmış şortu yavaş- yavaş aşağı salmağa başlayır. Zalı yenə də fit və etiraz səsləri bürüyür:
- Sorasını göstərməyə də bilərsən, mən Moskvada oxuyanda sənin o göstərmək istədiyini unitazdan da çox görmüşəm – deyə eynəkli bir oğlan ucadan qışqırır. Zala sükut çökür, hamı xüsusən də ətrafdakı qızlar təəcüblə utancaq kimi tanıdıqları bu oğlana baxırlar. Diyəsən heç kim ondan bu cür açiqlama gözləmirdi. Bir neçə saniyədən sonra yenidən zalda səs-küy bərpa olur:
- İndi sənin üçün 19 əsrin sonu, 20 əsrin əvvəli deyil ki, müsəlman kişilərinin başını Kan-Kanla aldadıb varını yoxunu əlindən alasınız!
- Sən bizə lazım deyilsən!
- Cəhənnəm ol səhnədən!
- Biz yenilik istəyirik, bizə yeni ideya verin, yeni lider verin, yoxsa çıxıb gedirik!
Pərdə arxasında, aparıcı irəli-geri var-gəl etməyə başlayır. Onun başına toplaşanlardan biri təklif edir:
- Messir bəlkə siz özünüz səhnəyə şıxasınız?
- Əla fikirdir! Əgər bu zəhrimara qalmış quyruğumu şalvarın içinə salsam, kürən saqqalımı qırxsam, başima da papaq qoysam ki buynuzlarım görünməsin, onda niyə də görə çıxmayım? – deyərək aparıcı çoxmənalı baxışlarla hamını süzür.
- Əla Messir! Siz dahisiniz!- deyərək hamı əl çalmağa başlayır. Aparıcı qəzəblə onların üstünə bağırır:
- Susun, axmaqlar, heç fikirləşmədiniz ki, mən bu qarmağa oxşayan burnumu hara.., gizlədəcəyəm, həə?! Bunu görən kimi, məni tanımayacaqlar?! Bilməyəcəklər ki, bütün bu oyunların arxasında mən dururam?!
Aparıcı bir az fikirləşdikdın sonra davam edir:
- Onların başı çıxmayan yalnız bir iş var, qoy kəndirbazla fakir hərəsi başlarına bir əndrabazi papaq qoyub çixsınlar səhnəyə və öz məharətlərini göstərsinlər. Bizim son ümid yerimiz onlardır.
Kəndirbazla fakir səhnəyə çıxdıqdan bir neçə dəqiqə sonra zalı alqış səsləri bürüyür. Pərdə arxasındakılar da bu alqışlara qoşulurlar:
- Təbriklər Messir!
- Messir, siz həqiqətən də dahisiniz!
Amma aparıcı heç də bu alqışlara sevinmirdi. O üzünü onu alqışlayanlara tərəf tutib deyir:
- Bəli, biz bu gün onları bu kosa-kosa oyunu ilə aldada bildik, ançaq bu müvəqqəti qələbədir. Çünki mən onların arasında bir varlıq görürəm. O, canlı deyil, amma yaşamağa böyük haqqı var. O nə az olur, nə də ki çox. O nisbi deyil, o mütləqdir, dəqiqdir və mükəmməlir. O ya var, ya da ki heç yoxdur. Onun üçün ətraf mühit vaçib deyil. O həm özüdür, həm ətrafı. O hər yerdə və hər situasiyada özünə yol tapandır. Təmkinlidir. Həmişə galibdir. O, özünüdərkin ən vaçib şərtidir. O mənim və sizlərin ən qatı düşmənidir.
- Axi o nədir elə Messir? – deyə hamı soruşur.
- O, zatialiləri istadaddir.

Rasim İlyasov
zaratustra@box.az

Комментариев нет:

Отправить комментарий