среда, 10 августа 2011 г.

Stereotiplər silsiləsindən

İKİ DOST

-Bu pitekantropla sənin nə işin? Onunla elə görüşdün ki, elə bil ən yaxın dostunu gördün.
-O isə hesab edir ki, sən mavisən.
-Onun belə düşünməyə nə vadar edir ki?
-Sənin onu pitekantrop adlandirmağın.
-Mənim bu cür düşünməyim üçün kifayət qədər əsaslı arqumentlərim var.
-Elə onun da. Həm sənin , həm də ki onun arqumentlərinin nə dərəcədə əsaslı olduğunuindi ayırd edərik, düşünürəm çox maraqlı olacaq.
-Elə ondan başlayaq ki, mən niyə görə maviyəm?
-Çunki sənim uzun saçların, və necə deyərlər, qeyri ənənəvi saqqalın var. O ümumiyyətlə düşünür ki, bütün uzun saçlı kişilərin hamısı mavidirlər, mən hələ sırqa taxanları demirəm. O düşünür ki, əgər bu belədirsə deməli o səninlə cinsi əlaqəyə də girə bilər.
-Bəs o bilir ki, belə olduqda , o özü aktiv homoseksualdır?
-Xeyir o bunu bilmir, o ancaq passivləri homoseksual sayır.
- Mən başa düşə bilmirəm o harada, və hansı dövrdə yaşayır?
-Çox təəsüf ki, bu dövrdə və bu ölkədə. Amma onun müsbət cəhətləri də var.
- Heç müsbəti qaldı ki?
- Əlbətdə ki var.
- Məsələn?
-Məsələn,o da hesab edir ki, bu məmləkədə bir haqsızlıq var, ancaq bu ona görədir ki, namus qeyrət ələn gedib, qızlarımız çox açıq saçıq geyinirlər, sigaret çəkən xanımlarınsa, ümumiyyətlə hamısı fahışədir.
-Məgər bunu müsbət cəhət hesab etmək olarmı?
-Bax, onun orta səviyyədən bir qədər də yuxarı savadı var, ola bilsin yaxşı bir mühəndisdir, və ya bank işçisi, yaxud hərbçi, bir sözlə peşəkardır, ailəcanlıdır, özünü və ailəsini müdafiə etməyə gücü və iradəsi var, ola bisin dindardıd, ola bilsin yox, idmançıdır, məmurdur, iş adamıdır, karyerisdir, ya özünün, ya da ki qardaşının, dostunun, qohum əqrabasının, yaxin ətrafının çox da olmasa kifayət qədər maliyyə imkanları var. O hesab edir ki, əsl vətənpərvər məhz odur, və bu məmləkətin gələcəyini o, və onun kimilərinə etibar etmək lazımdır, sənin kimilərinə yox, mənim kosmopolit dosdum. Və o qismən də olsa haqlıdır. O kütlənin bir hissəsidir. İnan mənə, o əsl vətənpərvərdir.
-Sənin dostuna bir neçə şey tövsiyə etmək istəyirəm. O cavan oğlandır, gərək onun ən azı bir daimi rəfiqəsi olsun. Onda yataq barədə az düşünəcək, başqa işlərə diqqəti daha çox olacaq. Bu bizim müsəlman cəmiyyətlərimizin ən axmaq problemlərindən biridir. Müsəlman kişisi ömrünün ən vacib hissəsini həmən o “X” saatını, belə deyək “şərti toy gecəsini” gözləməklə keçirir. Görəsən, bu nəvaxt olacaq?, mənim “həyatımın mənasına” mən nə vaxt çatacam? Eyni şeyi qadınlar haqda da demək olar. Qərb insanının belə problemi yoxdur, ona görə də onların daha böyük işlərə vaxtları kifayət qədərdir.Sənin dostun öz əsgər yoldaşını zorlamağını dostlarına fəxrlə, ( ola bilsin utana-utana) danişır, bu onun üçün bir kişi söhbətidir, hətta uşaq pornoqrafiyasına da baxır. Belələri yüzlərlə, minlərlə yüz minlərlədir, və onlar dəyişmək istəmir, onlar bu millətin bir sifətidir.
-Bilirsən, əslində o səni heç adam da saymır, mənim kosmopolit dostum. Sən də onu adam saymırsan, onun geyiminə, qulaq asdığı bayağı musiqilərə lağ edirsən. Hesab edirsən ki, o primitiv bər insandır, nəbilim kromonyondur, neandertaldır, pitekantropdur. Bu məmləkətin gələcəyi sən və sənin kimiləridir. Əsl vətənpərvər məhz sənsən, sən də onun kimi öz avtonom rejimidə düşünürsən. O səni heç eşitmir də , sən də, o da, özünüz deyib özünüz də eşidirsiniz. Hər kəs öz aləmində, öz natamam cəmiyyətində. Bəli o mənim dostumdur, və sənin də dostun olmalıdır.
-Bu vacibdir? Axı o mənim nəyimə lazımdır?
-O da sənin kimi düşünür, amma hər ikiniz şüurunuzda bir qədər dəyişiklik etməlisiniz: sən geriyə, o isə irəli. Bir az da xarici görünüşlərinizdə korrektə lazımdır, sözsüz ki müvafiq istiqamətlərdə. Məgər sən bu məmləkətdə nəyi isə dəyişmək istəmirsən?Bu insanları iqnorirə etmıklə buna necə nail ola biləcəyin barədə heç düşünmüsən? Azad və müstəqil olmaq hər kəsin taleyinə yazılmayıb bu hər kısin qisməti deyil, çünki bu güclülərin üstün cəhətidir. O bəzən səndən güclü görünür, bəzən sən onu üstələyirsən. Kimsə bizim azadlığımızı məhdudlaşdira, onu əlimizdən ala bilər. Və biz onu geri qaytarmaq üçü bütün vasitələrə əl atırıq, amma hamısına yox. Çünki içimizdə bir əyləc var, bir vicdan var, bir rasionallıq var, biz hər şeyi dağıtmalı və bu uçqunlar üzərində yeni dünya qurmalı deyilik.Amma bəzən bizlərə bunu etməməyə heç şans qalmır. Bizim üçün bu dəyərlər nə qədər müqəddəsdirsə də onlar üçün bəzən biz hər şeyə hazır olmadığımızı görürük.Bax mənim dostum kimiləri isə qaydalar uğrunda hətta ölüm-dirim savaşına belə hazırdırlar. Həmən o kimsələr bu insanların malına mülkünə əl qoyarsa, onlara öz qaydalarını sırıyarsa, onda onlar hər vasitəyə əl atarlar. Bax tiranlar üçün əsl təhlükə belələridir. Hakimiyyətlər bəzən onlara əsl təhlükənin haradan gəldiyini heçdə bilmirlər.Sən başını çox xarab etmə, bir az meşşanlıq et, ailə qur ev eşik yeyəsi ol, bir az idmanla, bir az da siyasətlə məşğul ol. Sigareti də az çək, yaxşısı budut at, lap porovoz kimi tüstüləyirsən səni tanıyandan bəri yəqin bir 10 kiloqram arıqlamısan.
- Meymun əlinə daş aldı, isan oldu, insan əlinə siqaret aldı, filosof oldu.
- Şair oldu -Yosif Brodskiy.
- Hə, siyasət barəsində bu qədər qeyri-ciddi qənayətdə bulunduğunu gözləmirdim.
-Bilirsən bu sənin fəlsəfən sənin başını diyəsən lap xarab edib. Bizim cəmiyyətdə insan ancaq bir şeylə məşğul lması mümkün deyil çünki gec tez bir uğursuzluğa, ümidsizliyə düçar olacaqsan, və başlayacaq uzun bir depresiya. Özünü tez tükəndirmə, bir az ehtiyyat saxla, gücünü təkcə fikrə yox, həm də işə, lap elə sevmədiyin bir işə sərf et. Orteqa-i-Qasset demiş: öküzün buynuzundan yapışıb məsələni həll etmək lazımdır. Biz öz cəmiyyətimizi qurub, və orada öz meydanımızı inşa etməliyik
-Səninlə razıyam , amma mən necə deyərlər işimi gücümü atıb siyasətlə məşğul olmaq istəmirəm, mən ziyalıyam.
- Bunu səmimi demədin,və ya ən azından buna inanmağım gəlmir, amma cavabını verəcəm.Deməli eynək arxasında gizlənmək istəyirsən, -“mən ziyalıyam məimlə işiniz yoxdur”. Həə dosdum, sənin fikirlərinin haradan qaynaqlandığını anladım. Sən Marko Polodan bahalı bir eynəyi moda atributu kimi taxarsan, bunu alqışlayaram, yoxsa sən çox zəif, yazıq, həmiçə əzab çəkən, özünü müdafiə üçün eynək arxasında gizlənən birisi olmaq barədəmi düşünürsən? Bilirsənmi dostum mən də bu lənətə gəlmiş qaydalara nifrət edirəm, amma onlara əməl etmək zorundayam. Hər şeyin başını buraxıb anarxizmə yuvarlanmaq məhsuliyyətdən qaçmaq, harasa sığınmaq- bu qorxaqlıq əlamətidir, haqsız özünəbəraətdir. Bir film var: “Ölüm kamerasından reportaj”, orada 27 qadını qətlə yetirmiş manyak ondan müsahibə alan jurnalisti və gözətçiləri birbaşa efirdə girov götürür. O gözətçi qaddına təxminən belə deyir : sən nə biləsən həysatın mənası nədir, donuz kimi yeyib qarnını şişirtməkdən başqa nə bilirsən? “Mənim beş uşağım var, budur mənim fəlsəfəm” deyə qadın cavab verir. Çox ciliz bir bəraətdir elə deyilmi?
-Məgər bir insan digərinin həyatının mənası ola bilməz?
-Əsla, bu cür olsaydı həyatda məna olmazdı. Həyatın mənası nədir barədə heç nə deyə bilmərəm amma sualın özünü başa düşürəm
- Deməli Tanrıya inanirsan?
-Sən rəqəmlərin nə qədər gözəl olduğunu heç naxt bilməmisən. Əsl mügəddəs kitab düsturladan, rəqəmlərdən və bunları birəşdirə biləcək bir məntiqdən ibarətdir. Bu gözəlliyi görməsən kiçik hədəflərin gözündə böyüyəcək, onlara çatmaq çox çətin olacaq, çünki bu hədəflər özlərini sənə həyatının mənası kimi sırıyacaqlar. Sən öz Tanrını tap bunu necə etməyi sənə dedim. İki vasıtən var ikisi də Tanrıdandır .
-Bunu necə kəşf etdin?
-Trolleybusda...
-Bəs ciddi?
-İntuisiya mənim dosdum., Əsl intuisiya və birdə ən əsası: ruslarda bir söz var, deyirlər “şevelnut mozqami”- yəni beynini tərpət. Heç sən beyninin həqiqətən tərpəndiyini, onun necə çalışdığını bir dəfə də olsun duymusan?
-Nə bilim, bəlkə də bir neçə dəfə...
-Qətiyyən ola bilməz, çünki əsas məsələ də elə bu “bir dəfədədir”, ikinci dəfə olmur. Sən öz Tanrını ancaq bir dəfə duya bilərsən.
-Belə çıxır ki, bizim bayaqdan bəri apardığımız söhbətlərin heç bir qəpik də qiyməti yoxdur?
-Elə deyil . Var məqsəd, var vasitə və var məqsəd-vasitə. Biz üçüncü barədə danışırdıq, odur ki qətiyyən pissimist olma. Sadəcə onun səni üstələməsinə izn vermə, ona tez-tez sənin onu tanıdığını və Tanrıya inandığını xatırlat.
-Bəs mənim mükafatım nə olacaq?
-....
-Bağişla dosdum, amma mən açığı öz həyatımın mükafatını elə özüm almaq istərdim.
-Təbii, alqışlayıram. Sən mütləq mükafatlandırılacaqsan, sadəcə öz işini gör və son dərəcə ədalətli ol, Tanrının sənə verdiyi o iki vasitədən maksimum yox mütləq dərəcədə istifadə et, onları necə deyərlər son qəpiyinə qədər xərclə. Fəlsəfəyə qarşı son dərəcə ədaləli olmaq lazımdır, spikulyasiya yol verilməzdir və çox ciddi cəzalandırılır.Sənin ən böyük, yox-yox yeganə və ən böyük mükafatn həmən o “bir dəfə” olacaq. Buna çatmaq üçün sənin sayca çox az, amma əsas vasitələrin var.
-Bəs bu vasitələrin məndə lazım olan qədər olduğuna əminsən?
-Əks halda biz səninlə burada oturub söhbət etməzdik. Axı mən bunu sənə demişdim,onların qədəri yoxdur, onlar mütləqdir. Bir də yadından çıxarma, mənim iki dosdum var, qoy sənin də olsun.

Rasim İlyas gangasratagati@mail.ru