воскресенье, 24 апреля 2016 г.

 Bomond 2

.

-  Azazello?!!

- Bəli Messir!

- Hazırlaşın Bakıya gedirik.

- Əla Messir,yenə qeyri hökumət təşkilatının tədbiridir?

- Xeyr bu dəfə toya gedirik. Marqaritaya da de hazırlaşsın, əmalli başli və bir az abırlı geyinsin.

- Messir amma üzr istəyirəm, bu Azərbaycan toylarında heç maraqlı bir şey yoxdur..

- Sözümü kəsmə,nə dedim onu da et. Bu toy sən deyən toylardan deyil, bu liberal və əndrəbadi bir toydur- deyib  Voland çoxmənalı gülümsədi.

- Oldu Messir, baş üstə. Amma olar mən öz bildiyim kimi qiyafələnim?

- Olar.

- Birdə Kot Begemota deyək, yoxsa yox? Keçən dəfəki tədbirə onu aparmadıq, düzü heç incimədi, amma bilirsiz də yeyib içməyə bir candır, deməsək inciyər.

- Əlbətdə, amma biz bu boyda pişiyi şadlıq sarayının qapısından necə keçirək? Odur kı deməyək, əgər soruşsa, deyərik ki bir vaxtı keçmiş fəlsəfə doktorunun leksiyasına gedirik, dərhal imtina edəcək – deyib qəhqəhə çəkdi.

- Myauuu...

Voland və Azazello pişik səsi gələn tərəfə dönüb qaranlıq küncdə kresloda əyləşib bala-bala araq vuran Kot Begemotu görüb çaşdılar.

-Elə bilirsiniz məni fırlada bilərsiz? And olsun bu müqəddəs cüməyə və dolu aya, iki dünya dir ola mən də gedəcəyəm..

Voland pişiyi sakitləşdirməyə çalışdı:

-Gərək onda 200 manat yazılaq, adama əlli manat bu böhran vaxtı.

-Hə adama 50 manat, mən isə pişiyəm. Onsuz da məni qapıdan içəri buraxmayacaqlar, mətbəxdən gizlicə kecərəm.

  Azazello və Volandın pişiklə razılaşmaqdan başqa çarələri qalmadı. Marqarita da gəlib məsələdən hali olduqdan  sonra, hər kəs öz otağına gedib hazırlaşmağa başladı. Azazello  Tom Kruza, Marqarita Nikol Kidmana, Voland isə Şon Konneriyə dönüşüb hazır oldular, Kot Begemot isə elə necə var idi elə də qaldı.

   Daha sonra onlar bir göz qırpımında şəhərin mərkəzində oldular. Voland Azazelloya dedi:

- Azazello, get bir maşın tap gətir, özü də bərtgedən maşın olsun.

Azazello bir göz qırpımında yoxa çıxdı, və bir neçə dəqiqədən sonra o lala qirmizi Ford Ranger dən düşüb Volanda yaxınlaşdı:

- Buyurun Messir!

   Voland bu lala qırmızı,parlaq diskli, yalniz iki qapısı olan,iri və gobud protektorlu təkərləri, kapotundan çöla çıxmış turbo- gücləndiricisi, və elə həmən kapotun üzərinə ustalıqla çəkılmiş öküz kəlləsi şəklini, və bir sözlə çox zövqlə tüninq olunmuş bu maşını görüb dedi:

- Sən nə axmaq şeytansan, heç bunun yeridir?

- Messir bu mənim ən sevdiyim maşındır, 74 cü ilin buraxılışı, həm də dediz bərkgedən olsun, baxın 8 silindr, turbo, 350 at, vallah əladır.

- A kişi, get bir Pradodan Leksusdan zaddan tap gətir, bura Azərbaycandır..

- Messir , bəs siz demədiz ki, orada qaymaqlar olacaq? Ay nə bilim liberallar, bomond filan?

- Əzizim, burada o ağzından liberalizm köpüyü daşlananların liberalizmi evlənənə kimidir.

- Anladım Messir!

Azazello sağa-sola baxıb yol kənarında dayanan bir bahalı cipə yaxınlaşdı. Qapını açıb oturdu və:

- Gəlin əylaşın- dedi

Voland yolu göstərdi və onlar bir gecə klubunun qarşısına gəlib çıxdılar. Azazello təəcüblə:

- Messir bəs dedinis şadlıq sarayı? Bura ki gecə klubudur?

- Hə yadımdan çıxdı, bəyimiz bir az orijinallıq icad edib, musiqiçilər də bir az əndrəbadidir. Əşşi bir də ki, buranın şadlıq sarayları ilə klubları arasında elə bir fərq görmürəm – deyib gülməyə başladı-elə ona görə də çaşıb belə dedim.

  Onlar maşından düşüb qapıya yaxınlaşdılar. Qapıda duran mühafizəçi ədəblə onlara yaxınlaşırdı ki, gözü içəri sivişib keçmək istəyən qara nahang pişiyə sataşdı. O pişiyə sarı qaçıb bir təpik atdı:

- Cəhənnəm ol burdan!

  Kot Begemot tamkinini pozmadan qapıdan bir neçə metr aralaşıb mühafizəşiyə baxıb dedi:

- Bədəni yekə, başı boş axmaq!

   Mühafizəçi bunu eşidib çaşqın halda pişiyə sari baxıb gözlərini bərəltdi. Azazello Begemotun özünü yandırdığını görcək tez yaxınlaşib əlini mühafizəçinin çiyninə qoyub gülümsəyərək dedi:

-Qardaş, çıxart yadından...

  Mühafizəçi yuxudan təzə ayılırmış kimi başını silkələyib gözlərini yumum açdı və qonaqlara baxıb dedi:

- Xoş gəlmisiniz! Üzr istəyirəm, dəvətnamələrinizə baxa bilərəm?

   Azazello və Marqarita çaşqın halda bir-birilərinə və sonra Volanda baxdılar. Voland gülümsəyərək əlini smokinqinin cibinə salib üç dəvətnamə çıxarıb mühafizəçiya uzatdı:

- Buyurun!

Mühafizəçi dəvətnamələrə baxıb:

- Buyurun keçin, 666-cı stol 11,12,13 cü yerlər.

  Onlar qapıdan keçərkən Marqarita Azazelloya baxıb dedi:

-Axmaq, heç burda 60 stol da yoxdur, Messir həqiqətən dahidir – sonra isə Volanda baxıb- Messir, Begemota yazığım gəldi, heyvan olmaq da bir iş deyil -dedi

-Xeyr əziz Marqarita, mənim isə o mühafizəçiyə yazığım gəldi, bu müsəlmanlar heyvanla davranmağı heç bacarmırlar- Voland cavab verdi

- Hə elədir, heç qadınlarla da davranmağı bacarmırlar- Marqarita gileyləndi

  Azazello söhbətə qarişdı:

- Heç şeytanla da, elə hey daşlayirlar bizi.

  Foyeyə girdikdə Azazello və Marqarita təəccüblə ətrafa baxdılar. Divarlarda rəsm əsərləri, postamentlər üzərində qarmaqarışıq fiqurlar vardı.

- Messir siz əminsiniz ki burada toy olacaq?- Azazello soruşdu

- Əlbətdə, bəyimiz heykəltəraşdır, gəlinimiz isə rəssam. Burada onların əsərləri nümayiş olunur

   Marqarita qəhqəhə çəkərək- Orijinallıq cırır də bu milləti aman allah-dedi

- Niyə lağ edirsən? Gör burada nə şedevral sənət əsərləri var. _ deyib Azazello onun əlindən tutub ətrafında 5 nəfərin qızğın mübahisə etdiyi heykələ bənzər bir dəmir yığınının yanına gətirdi. İki gənc cütlük və bir smokinqli oğlan onlarla ədəblə salamlaşdı

- Müəllif kimdir – Azazello soruşdu

 Cütluklər smokinqli oğlanı göstərib fəxrlə və xorla dedilər:

- Bizim bəyimiz!

 Azazello gülümsəyərək oğlana daha sonra heyrətdən gözləri bərəlirmiş kimi heykələ baxıb dedi:

-Əla cavan oğlan,əla! Çox dahi bir sənət əsəridir, amma düzü bir şeyi başa düşmədim, siz bu tarakanı bu postamentə başı aşağı, g.tü yuxarı necə qoymusunuz?



Bu anda Marqarita Azazelloya karlı bir dürtmə vurdu, gənclər isə çaşqınlıq və hiddətlə Azazelloya baxıb sanki “ indi səni başı aşağı g..tü yuxarı qoyarıq bilərsən necə “ dedilər.Azazello quş buraxdığını başa düşüb tez əlini atıb bu beş nəfəri qucaqlayaraq – Yadınızdan çıxarın

dostlar, əsər həqiqətən möhtəşəmdir- deyib bic-bic gülümsədi. Gənclər eyni anda başlarını silkələyib gözlərini yumub açdılar və heç nə baş verməmiş kimi  söhbətlərinə davam etdilər

   Onlardan aralandıqda Marqarita müdrik bir sifət alıb dedi:

- Əzizim bil, bu cürülərinin istedadsızlığını üzünə vurmaq düşmən qazanmaqdır. Mozartın taleyini yaşamaq istəmirsənsə bir az diplomatik ol.

- Axı nə edim? Içimdən gəldi. Belə diplomat olsaydım adam olardım, şeytan yox

- Ola bilər, amma Tom Kruz qiyafəsinə girməyin də rol oynadı...

- Razılaşiram səninlə- gülümsəyərək dedi- bu filmin o yeri ləzzət edir mənə. Bilirsən ki mən belə kinolara baxmıram, mənimki..

- Yaxşı görək indi özünü tərifləyəcəksən: nə bilim art hauz filan, başın çıxdı çıxmadı.

 Azazello pərt oldu:

- Mən Felliniyə baxanda sən heç yox idin..

- Yaxşı gəl mübahisə etməyək, Messir deyəsən artıq gedib oturub.

Onlar zala daxil olduqda  Voland artıq yerini tutmuşdu. Yaxınlaşıb yerlərində oturdular, içəridə həzin və çox gözəl musiqi sıslənirdi, səhnədə musiqiçilər yox idi, stullara söykənmiş iki, bass və elektrogitara və zərb alətləri vardı.

- Musiqiçilər deyəsən mən deyəndir- deyib Azazello əllərini sevinclə bir birinə sürtdü və sonra afisianta , “Qaqaş bizə araq süz” dedi. Sonra, “Bəyimizin sağlığına”, deyib arağı başına cəkdi, ağzını turşudub stolun üstünə göz gəzdirdi:

- Burda fərli bir yemək yoxdur- deyə Marqaritaya gileyləndi

  Marqarita isə tərs tərs Azazelloya baxıb dedi:

- Araq boğazından keçməmiş artıq keflənmisən..

- Yox!! Nədir Ki?

- Azazello sən də müsəlmansan? – Marqarita ikrahla dedi

- Allah eləməsin, nə boş danışırsan?

- Onda ayağını baldırıma sürtmə- deyərək Marqarita hirsli halda stulunu bir az Azazellonun stulundan  araladı.

- Nə?! Bu mən deyiləm birincisi, ikincisi də ki məni nə hesab edirsən? Bilirsən ki unitazdan da çox dal görmüşəm...

- Myauuu...

Marqarita pişik səsini eşidib Azazelloya baxdı və çiyinlərini çəkərək gülümsədi, süfrəni qaldırıb stolun altına baxdı

- Kisa, Begemotik?! Bu Sənsən? Necə keçdid buraya?

- Heç, birtəhər mətbəxdən keşdim.- sonra gözlərini süzərək- Marqarita, ayaqların par par parlayır, o biri stolların altında varikozdan başqa bir şey görmədim, elə bil zalım uşaqı gün görmür, odur ki özümü saxlaya bilmədim, dedim fürsətdir bir az sığallayım səni- Sonra yazıq sifət alaraq- Yeməyə bir şey var? Araq da süz mənə- dedi.

Marqarita öz stəkanını araqla doldurub bir də duzlu xiyar verib dedi:

- Gözlə bir azdan kabab gələcək, səni doyunca yedizdirərəm.- daha sonra Azazelloya baxıb “ bağışla” dedi və “ amma, yaman xoşuma gəlmişdi “ deyə fikirləşdi.

Hami bəylə gəlinin içəri girməsini “gözləyirdi”. Səhnəyə musiqiçilər çıxdı, bir qız mikrafona yaxınlaşıb heyrətamiz bir səslə oxumağa başladı. Hamı heyrətlə mahnını dinləyirdi,heç kim bəylə gəlinin necə keşib yerlərini tutduqlarını hiss etmədi, ifa çox gözəl idi çünki. Mahnı bitdikdən sonra Azazello, Voland Və Marqarita ayağa qalxataq əl çalıb “Bravo” deyə qışqırırdılar. Begebot isə başını yerə qədər sallanmış  süfrənin altından çıxarıb pəncəsini ağzına salıb hey fit çalırdı.

   Sonra bəy və gəlinin ata anası xeyir dua verdikdən sonra məclis qızışdı. Qəhrəmanlarımızın stolundakı qalan on yerə də qonaqlar əyləşmişdi. Fasilələrdə qonaqlar səhnəyə qalxıb öz təbriklərini bəylə gəlinə deyirdilər. Növbə mötəbər qonağa, Yazarlar İttifaqının sədr əvəzinə çatdı, o səhnəyə qalxaraq mikrafonu götürdü.

- Messir, bəs niyə sədr əvəzi? -deyə Azazello Volanddan soruşdu və əlavə etdi – Ölüb?

-  Yox ölməyib, amma elə ölmüş kimi bir şeydir – deyə Voland gülümsədi

Aparıcı uca səslə “ Kəntoş müəllimi alqışlayaq!” dedi. Qonaqlar tənbəl tənbəl əl çaldılar, “sədr əvəzi” sözünə başladı:

- Dostlar, bizim bəyimizlə gəlinimiz çağdaş incəsənətimizin lakomativi, fəxridirlər. Həm də, hər ikisi çox gözəl məqalələr yazırlar, və öz fəlsəfi fikirlərini nəinki incəsənətdə həm də ədəbiyyatda təbliğ edirlər. Mən bir dahi yazıçı kimi deyə bilərəm ki, bəyimizin son postmodernist hekayəsi dünya inciləri siyahısına qoyulacaq səviyyədədir. Çox danışmayacam, bilirsiniz gənc istedadlı ziyalılarımıza bizim ittifaqımız və dövlətimiz həmişə qayğı göstərib. Odur ki, mən dövlətimiz adından, və Yazarlar İttifaqı adından, və şəxsən sədrimiz adından bu yeni mənzilin açarlarını bəyimizlə gəlinimizə təqdim edirəm !!!!

   Alqış sədaları zalı bürüdü. Bəy və gəlin sevinc və göz yaşlarıyla səhnəyə qalxıb açarları alıb uzun uzadı təşəkkür etdilər.

  Kot Begemot  başıni stolun altından çıxarıb gülə-gülə Volanda dedi:

- Bir il bundan qabaq da bir mənzil almışdı ittifaqdan.

- Sən bunu hardan bilirsən? –Voland təəcüblə soruşdu

- Messir bir az bundan qabaq başqa bir stolun altında idim, hamısı yazı pozu əhli idi. Bəyin dostları. Nəyi var qiybət qırırdılar.

   Süfrə arxasında əyləşənlər artıq bir biriləri ilə tanış olmuşdular Voland, Azazello və Marqarita özlərini bəyin dostları kimi təqdim edib, bir teatrda işlədiklərini, Volandın baş rejissor, Marqarita  və Azazellonun isə aktyorlar olduğunu demişdilər. Digərləri isə bir birini yaxşı tanıyırdılar. Biri özünü Nitsşenin, digəri Şopenhauerin və sr. bilicisi kimi təqdim edib,  bir birinə aman verməyərək fəlsəfə və ədəbiyyatdan danışırdılar. Arada bir Kort Begemot başını stolun altından çıxarıb replikalarla sahıblərini güldürürdü. Bir nəfər isə sadəcə adını deməklə kifayətlənib, heç cöhbətə qarışmır və tez tez siqaret çəkirdi.  Marqarita oglanın darıxdğınğı görüb, ona baxaraq əli ilə siqaret çəkmək istədiyinə işarə etdi. Oğlan az hissolunacaq dərəcədə başıyla hə deyib, yerindən qalxdı və foyeyə tərəf getdi.  Marqarita da qalxıb “Üzr istəyirəm”,
deyib oğlanın dalınca foyeyə tərəf getdi.
 Oğlan əlinda siqaret qutusu bir rəsm əsərinin qabağında durub Marqaritanı gözləyirdi.

- Salam! – gülümsəyərək oğlan dedi.

- Salam! – Marqarita razılıqla cavab verdi.

Oğlan Marqaritaya siqaret verib daha sonra yandırdı və dedi :

- Deyəsən siz də mənim kimi darıxdınız?

- Yox, bizim üçün burada kifayəd qədər maraqlı şeylər var..

- Elədir Qretxen- Marqaritanin gözlərinə baxaraq gülümsədi

 Marqarita adının alman variantını eşitcək çaşıb qaldı, bir anlığa getmək istədi, fifrindən daşındi:

- Adımı haradan bilirsiz? – deyə soruşdu

- Burada sızləri tanıyacaq birisinin olacağını zənn etmirdiniz eləmi? Çox pissimistsiniz bizə münasibətdə, hələ bir neçə il bundan qabaq sizləri bir başqa tədbirdə gördüm, müdirinizin monoloqunu dinlədim. Sizlərdən deyiləm, amma hal hazırda burada sizinlə münasibətdə olmaq mənə daha maraqlıdır, nəin ki o yanımda əyləşən yarımçıqlarla.

- Eləmi? – Marqarita göz vuraraq dedi

-  Bəli, bu yorga qurbağaların içərisində qanq çayının sürətilə axmaq mümkün deyil, yaxşısı öz qalana çəkilib sona qədər mühasirədə qalmağı üstün tuturam

Elə bu vaxt aparıcı gur səslə bəyin dostunu, hansısa bir gənc sitasətçini, Liberal Düşuncə Partiyasının liderini səhnəyə dəvət etdi.

- Gedək Qretxen- deyə oğlan Marqaritanın incə belinə toxunub gülümsədi

- Getdik! - Marqarita çox gözəl baxışlarla oğlanı süzdü və istehza ilə gülərək əlavə etdi - Mən belə möhtəşəm bir çıxışı  buraxa bilmərəm.

  Səhnəyə saqqalli və uzun saçlı 30 yaşlarında bir oğlan qalxıb enerjili bir şəkildə mikrafonu aldı və sanki Respublikacılar Partiyasının lideriymiş kimi çox əzmlə çıxışına başladı.

- Mənim əziz dostlarımı  təbrik edirəm!Bilirsiniz, onlar incəsənətimizə liberallıq, kosmopolitizm, ədəbiyyatımıza və fəlsəfəmizə postmodernizm, postpozitivizm, daha nələr nələr, bir sözlə nə qədər “post” varsa hamısını gətiriblər! Nədən başlayır liberalizm mənim əzizlərim? Bilirsinizmi?- deyib oğlan bir az çaşıb qaldı və nə deyəcəyini bilməyərək qonaqlara baxdı.

Kot Begemot başını stolun altından çıxarıb Volanda “ Bir sözlə ədəbiyyatın da, fəlsəfənin də postunu çıxarıblar” dediivə - Messir hamının qilağını yum, bir bu səhnədəki kəndirbazdan başqa, vəziyyətdən çıxarım onu- deyərək yalvarırmış kimi dizlərini yerə qoyub əllərini bir birinə düydü.

 Voland, “ yaxşı artistlik etmə deyib”, iki əlləri ilə qolaqlarını yumub açdı, və gülümsəyərək dedi:

- Hazırdır.

   Kor Begemot səhnəyə sarı çönüb qışqırdı:

- Saqqaldan, saqqldan!!!

  Oğlan sanki özünə gəldi. Toparlanıb sözünə davam etdi:

- Harada qaldım? Hə! Nədən başlayır liberalizm? Əkbətdə ki saqqaldan, əynimdəki bu dama dama köynəkdən, sınıq salxaq tərcümə edilmiş fəlsəfi kitablardan, azad seksdən,rok partilərdən.. Bax budur əsl liberalizm. Yaşasın liberalizm!!!

 Hamı natiqi alqışladı. Begemot yenə başını stolun altından çıxarıb dedi:

-  Messir, yüz faiz əminəm ki bu liberast azad sekslə başlayıb, bakirə arvadla qurtaracaq, axmaq elə bil toyla mitinqi də səhv salıb. Siz dahisinis əfəndim, mən sizə qiptə edirəm, qibtə!!!!

  Marqarita və oğlan bu nitqi ayaq üstə dinlədilər. Birdən işıqlar söndü, yalnız səynəyə bir projektor düşürdü, bu işıqda yalnız səhnədəki 40- 50 ci illərin mikrafonu görünürdü. Oxuyan qız mikrafona yaxınlaşdı, və o bu işığın altinda sanki ağ qara filmldə idi. O “Wicked game” mahnısını özünə məxsus tərzdə, çox gözəl oxumağa başladı. Oğlan, “rəqs edəkmi?”, deyib Marqaritanın razılığını gözləmədən onun belindən tutub özünə tərəf çəkdi:

-  Mən çoxdandır rəqs etmirəm.- dedi.

   Onlar bir birilərinə sarılıb saat kəfkiri kimi yellanərək bir yerdə dayandılar . Mahnı bitdikdə oğlan Marqaritanın onu bərk qucaqlamış qollarını boynundan yavaşca açıb,” Gedək, yoxsa baş rejissor narahat olacaq”, dedi

  Onlar stola yaxınlaşdıqda Voland diqqətlə Marqaritanı süzdü, o isə öz növbəsində başı ilə,” Hər şey öz qaydasındadır” işarəsini verdi, və əyləşdilər. Kot Begemot başını Marqaritanın ayaqları arasindan çıxarıb dedi:

- Marqarita özünü itirmisən deyəsən?

   Sonra əlindəki arağı göyə qaldirib, bic-bic gülərək, “Sənin cağlığına”- deyib başına çəkdi, və Marqaritanin donunun ətəyini burnuna basıb iylədi.

   Voland isə oğlana baxıb soruşdu:

- Cavan oğlan biz sizinlə görüşmüşük?

- Əlbətdə Messir, bir neçə il bundan qabaq sizləri görmüşəm, bircə bu məxluqdan başqa- deyib əlini stolun altına salıb Begemotu tumarladı.

- Biz bu dəfə də şənliyin sahibiyik- Voland razı halda dedi.

- Əlbətdə, sizə burada mane olacaq bir şey görmürəm, və sizin işinizdən mən də həzz alıram, bunlardan mən də bezdim artıq.

 Aparıcının gur səsi söhbəti yarmçıq qoydu, əslində heç davam da etməyəcəkdi.

- Hörmətli dostlar qonaqlar! Mən öz ürək sözlərini demək üçün buraya bizim dahi rəssam, heykəltəraş, filosof, dirijor, bəstəkar və müasir incəsənətimizin təbliğçisi, Mitsenat müəllimi dəvət edirəm!

       Səhnəyə orta yaşlı biisi çıxdı. O sözünə başlamamış Kot Begemot           yenə başını çıxarıb öz replikasından qalmadı:

- Vay səni ! Bu lap canlı Misimadır ki!-Ha ha..

- Hə xüsusən də ensiz kürəyi və qarnı çox uyğun gəlir- deyərək Marqarita da ona qoşulub güldü.

-  Marqarita, insanlarin xarici görünüşünə lağ etməyin mənəviyyatsızlıqdır – pişik ona etiraz etdi.

  Marqarita ciddiləşib dedi:

Bilirsən əzizim, əminəm onun elə daxili də bir zibil deyil. Mən qadınam, və yaraşıqlı kişiləri xoşlayıram, və əminəm daxilən gözəl kişilərin xaricən ruslar demiş bir “izyuminkası” mütləq var.

    Səhnədəki adam çıxışına başladı:

- Əzizlərim! Müasir incəsənət çox qəliz bir şeydir, həm də ki vacib. Müasir incəsənətdən hər kəs baş çıxara bilbəz, heç ondan baş çıxarmaq da lazım deyil. Siz burada təşkil olunmuş sərgidən gordünüz ki, bizim bəyimiz və gəlinimiz nə böyük fitri istedada malikdirlər. Bu əsərlər vaxt gələcək dünyanın ən  məhşur muzeylərində sərgilənəcək. Hər bir özünə hörmət edən oğlan, bağışlayın, ziyalı,  mütləq müasir incəsənətlə maraqlanmalıdır. Heç olmasa bir iki dəfə əndrəbadi sərgiyə gedib, bir iki selfi çəkdirib instagrama qoymalıdır, qoy bütün dünya görsün biz necə inkişaf etmişik. Budur inçəsənətə müasir baxış, budur postmodernist yaşam, budur həyat fəlsəfəsi!  Fəlsəfəəəəə!!!!

    Artıq qonaqlar kefləndiyindən ağız deyəni qulaq eşitmirdi, ona görə də ağzından tüpürcək daşlanan natiqə təkə- seyrak alqışlar gəldi. Aparıcı,”Alqışlar gəlsin Mitsenat müəllimə!”- deyib vəziyyəti düzətmək istədi, amma bu da kömək etmədikdə natiqi qucaqlayıb, “Dilinə qurban”- deyib, basıb öpdü.

    Azazello Volanda baxıb dedi:

-  Messir bu postmodernizm nədir e belə?

   Voland gülərək cavab verdi:

-  Kitayski fəlsəfə.

- Həəəə, yəni çin fəlsəfəsi?- Azazello təəcüblə soruşdu

- Yox əzizim, geydirmə fəlsəfə.

- Aydındır Messir, siz dahisiniz! Deyirəm bəlkə biz də bir oynayaq, hə nə deyirsiz? Marqarita sən necə?

   Margarita sevincək halda dedi:

- Əminəm bu musiqiçilərin repertuarında maraqlı bir mahnı mütləq var, mən həll edərəm

- Hə elə mən də! rock & roll əla olar- Voland dedi

- Messir siz də bizə qoşulursuz? – Azazello təəcüblə soruşdu

- Əlbətdə, çıxışımdan əvvəl bir az stresimi atardım- Voland gülümsədi

Marqarita sevincək yerindən qalxıb səhnəyə sarı getdi, o oxuyan qıza yaxınlaşıb gülümsəyərək dedi:

- Qəşəng qız, “Twist again”. Olar?

- Oldu Qretxen- deyərək, qız Marqaritaya göz vurdu.

 Marqarita öz adını ikinci dəfə eşitdiyinə daha təəcüblənmədi,  ortaya atılaraq həvəslə oynamağa başladı. Artıq hamı kefləndiyindən ortalıqda çox profesionallıqla rəqs edən pişiyi heç kim görmürdü, hamı çox həvəslə rəqs edirdi. Yalnız oğlan tək süfrə arxasında oturub siqaret çəkirdi. Mahnı bitdi, alqış və fit səslərindən qulaq tutulurdu. Marqarita tənginəfəs gəlib oğlanın yanında oturub, əllərini onun çiyninə, başını isə əllərinin üstünə söykəyib nəfəsini dərdikdən sonra dedi:

- Sizi təbrik edirəm!

- Mən bir yuxu gördüm Rita - deyərək oğlan daha bir siqaret yandırdı, birini də Marqaritaya verdi- Əlimdə nəsə çox zərif bir şey tutmuşam, nəsə bir canlı, həmdə, sanki bir zərif və çox kövrək bir kristall. Onu daima əlimdə saxlamaq istəyirəm, amma barmaqlarımı bərk yumduqda, onu boğub öldürməkdəm, boş tutduqda isə, uçub gedəcəyindən, ya da düşərək cilik-cilik olsacağından qorxuram. Beləcə ehtiyyatla saxlayıram əlimdə, və hələ çox saxlayacağımı bilirəm, o vaxta qədər ki o bərkiməyəcək, özü öz ayaqları üzərində durmayacaq, və məndən uçub getməyəcək. Çox qorxuram Rita, amma onu əlimdə saxlayacağıma əminəm.

  Marqarita onun gözlərinə baxıb:

- Siz çox xöşbəxtsiniz – dedi.

- Bəli, bir oxuduğum romanda deyildiyi kimi:” Çəkdiyim rəsmlər, yazdığım romanlar məni xoşbəxt etmir”

   Bu anda işıqlar söndü, və yenə də səhnədə projektorun işığında həmən köhnə mikrafon vəVoland  göründü. Tam bir sakitçilik yarandı. Voland yorğun halda çıxışına başladı:

- Bu gün cümə günüdür mənim əzizlərim, mübarək bir gün, dolu ay! Sizlərlə yenidən görüşmək çox xoşdur, çünki mən sizin kimilərini sevirəm. Bənzətmə, oğurluq başqasını yaşamaq, bu gözəldir. Sizin dünyanızın 3 ölçüsü var, bəli 3 ölçü, çünki sizin üçün zaman çoxdan dayanıb, onu hiss etmirsiniz, siz heç bir dəfə də olsun mənim yuxumu görməmisiniz.  Orda hər şey göründüyü kimi deyil: düz xətlər əyri, hamar səthlər kələ kötür və sferik,bədəninizin hərarəti belə bir neçə dərəcə yüksək. Orda zaman özü bir xətt, bir nöqtədən keçən saysız hesabsız xətlərdən biri, ora sanki bir səhra, və qumlarından çölə çıxmış boz kələ kötür iti daşlar, onlar çox pis dalayır insanı, amma yaralamır. Oyandıqda bu yuxu səni hətta günüzlər belə təqib edir, ətrafdakı hər əşyadan sanki o iti boz daşlar çıxır, öz əllərinlə düzəltdiyin dəhlizin dörtkünc dirəkləri belə sənə dairəvi və kələ kötür görünür. Bu gələcəyin yuxusu, bu onun, “Zati-aliləri” deyərək müraciət etdiyim bir varlığın, özünü əsirgəmədiyi birilərinin yuxusu, mən bu yuxuya, “Kələ-kötür yuxu” adı verdim.

Yaradıcılıq bir vəyh, bir spontanlıq, bir istedad və bir də “O”. “Zati-alilərim”, əfəndim. Ona and içib, baş əyirəm. Mistiklərin dediyi həmən o öncəgörmə. Onun yaranışi haqda heç mən də bilmirəm, yalnız onu ki, o ilahi bir şey, amma bu nə Musanın, nə İsanın, nə də Məhəmmədin və ya başqa birisinin ilahisindən deyil, o Nitsşenin ölmüş, va ya Vithenşteynin  elə bətndə təzəcə mayalanmış Allahıdır, təbiyyətin bir hissəsidir. O insana ürəkdən sevən qadın qədər sadıqdır. Mən ona and içirəm, baş əyib səcdə edirəm, ona “Zati-aliləri” deyirəm. O ya təzəcə mayalanmış allahın anası, ya da ölmüş allahın yetimidir. Siz onu heç tanımadan nəsə yaradacağınızı mı zənn etdiniz?

- O nədir Messir!!

- Zati aliləri intuisiya- insana ən sadiq!