среда, 10 августа 2011 г.

Stereotiplər silsiləsindən

İKİ DOST

-Bu pitekantropla sənin nə işin? Onunla elə görüşdün ki, elə bil ən yaxın dostunu gördün.
-O isə hesab edir ki, sən mavisən.
-Onun belə düşünməyə nə vadar edir ki?
-Sənin onu pitekantrop adlandirmağın.
-Mənim bu cür düşünməyim üçün kifayət qədər əsaslı arqumentlərim var.
-Elə onun da. Həm sənin , həm də ki onun arqumentlərinin nə dərəcədə əsaslı olduğunuindi ayırd edərik, düşünürəm çox maraqlı olacaq.
-Elə ondan başlayaq ki, mən niyə görə maviyəm?
-Çunki sənim uzun saçların, və necə deyərlər, qeyri ənənəvi saqqalın var. O ümumiyyətlə düşünür ki, bütün uzun saçlı kişilərin hamısı mavidirlər, mən hələ sırqa taxanları demirəm. O düşünür ki, əgər bu belədirsə deməli o səninlə cinsi əlaqəyə də girə bilər.
-Bəs o bilir ki, belə olduqda , o özü aktiv homoseksualdır?
-Xeyir o bunu bilmir, o ancaq passivləri homoseksual sayır.
- Mən başa düşə bilmirəm o harada, və hansı dövrdə yaşayır?
-Çox təəsüf ki, bu dövrdə və bu ölkədə. Amma onun müsbət cəhətləri də var.
- Heç müsbəti qaldı ki?
- Əlbətdə ki var.
- Məsələn?
-Məsələn,o da hesab edir ki, bu məmləkədə bir haqsızlıq var, ancaq bu ona görədir ki, namus qeyrət ələn gedib, qızlarımız çox açıq saçıq geyinirlər, sigaret çəkən xanımlarınsa, ümumiyyətlə hamısı fahışədir.
-Məgər bunu müsbət cəhət hesab etmək olarmı?
-Bax, onun orta səviyyədən bir qədər də yuxarı savadı var, ola bilsin yaxşı bir mühəndisdir, və ya bank işçisi, yaxud hərbçi, bir sözlə peşəkardır, ailəcanlıdır, özünü və ailəsini müdafiə etməyə gücü və iradəsi var, ola bisin dindardıd, ola bilsin yox, idmançıdır, məmurdur, iş adamıdır, karyerisdir, ya özünün, ya da ki qardaşının, dostunun, qohum əqrabasının, yaxin ətrafının çox da olmasa kifayət qədər maliyyə imkanları var. O hesab edir ki, əsl vətənpərvər məhz odur, və bu məmləkətin gələcəyini o, və onun kimilərinə etibar etmək lazımdır, sənin kimilərinə yox, mənim kosmopolit dosdum. Və o qismən də olsa haqlıdır. O kütlənin bir hissəsidir. İnan mənə, o əsl vətənpərvərdir.
-Sənin dostuna bir neçə şey tövsiyə etmək istəyirəm. O cavan oğlandır, gərək onun ən azı bir daimi rəfiqəsi olsun. Onda yataq barədə az düşünəcək, başqa işlərə diqqəti daha çox olacaq. Bu bizim müsəlman cəmiyyətlərimizin ən axmaq problemlərindən biridir. Müsəlman kişisi ömrünün ən vacib hissəsini həmən o “X” saatını, belə deyək “şərti toy gecəsini” gözləməklə keçirir. Görəsən, bu nəvaxt olacaq?, mənim “həyatımın mənasına” mən nə vaxt çatacam? Eyni şeyi qadınlar haqda da demək olar. Qərb insanının belə problemi yoxdur, ona görə də onların daha böyük işlərə vaxtları kifayət qədərdir.Sənin dostun öz əsgər yoldaşını zorlamağını dostlarına fəxrlə, ( ola bilsin utana-utana) danişır, bu onun üçün bir kişi söhbətidir, hətta uşaq pornoqrafiyasına da baxır. Belələri yüzlərlə, minlərlə yüz minlərlədir, və onlar dəyişmək istəmir, onlar bu millətin bir sifətidir.
-Bilirsən, əslində o səni heç adam da saymır, mənim kosmopolit dostum. Sən də onu adam saymırsan, onun geyiminə, qulaq asdığı bayağı musiqilərə lağ edirsən. Hesab edirsən ki, o primitiv bər insandır, nəbilim kromonyondur, neandertaldır, pitekantropdur. Bu məmləkətin gələcəyi sən və sənin kimiləridir. Əsl vətənpərvər məhz sənsən, sən də onun kimi öz avtonom rejimidə düşünürsən. O səni heç eşitmir də , sən də, o da, özünüz deyib özünüz də eşidirsiniz. Hər kəs öz aləmində, öz natamam cəmiyyətində. Bəli o mənim dostumdur, və sənin də dostun olmalıdır.
-Bu vacibdir? Axı o mənim nəyimə lazımdır?
-O da sənin kimi düşünür, amma hər ikiniz şüurunuzda bir qədər dəyişiklik etməlisiniz: sən geriyə, o isə irəli. Bir az da xarici görünüşlərinizdə korrektə lazımdır, sözsüz ki müvafiq istiqamətlərdə. Məgər sən bu məmləkətdə nəyi isə dəyişmək istəmirsən?Bu insanları iqnorirə etmıklə buna necə nail ola biləcəyin barədə heç düşünmüsən? Azad və müstəqil olmaq hər kəsin taleyinə yazılmayıb bu hər kısin qisməti deyil, çünki bu güclülərin üstün cəhətidir. O bəzən səndən güclü görünür, bəzən sən onu üstələyirsən. Kimsə bizim azadlığımızı məhdudlaşdira, onu əlimizdən ala bilər. Və biz onu geri qaytarmaq üçü bütün vasitələrə əl atırıq, amma hamısına yox. Çünki içimizdə bir əyləc var, bir vicdan var, bir rasionallıq var, biz hər şeyi dağıtmalı və bu uçqunlar üzərində yeni dünya qurmalı deyilik.Amma bəzən bizlərə bunu etməməyə heç şans qalmır. Bizim üçün bu dəyərlər nə qədər müqəddəsdirsə də onlar üçün bəzən biz hər şeyə hazır olmadığımızı görürük.Bax mənim dostum kimiləri isə qaydalar uğrunda hətta ölüm-dirim savaşına belə hazırdırlar. Həmən o kimsələr bu insanların malına mülkünə əl qoyarsa, onlara öz qaydalarını sırıyarsa, onda onlar hər vasitəyə əl atarlar. Bax tiranlar üçün əsl təhlükə belələridir. Hakimiyyətlər bəzən onlara əsl təhlükənin haradan gəldiyini heçdə bilmirlər.Sən başını çox xarab etmə, bir az meşşanlıq et, ailə qur ev eşik yeyəsi ol, bir az idmanla, bir az da siyasətlə məşğul ol. Sigareti də az çək, yaxşısı budut at, lap porovoz kimi tüstüləyirsən səni tanıyandan bəri yəqin bir 10 kiloqram arıqlamısan.
- Meymun əlinə daş aldı, isan oldu, insan əlinə siqaret aldı, filosof oldu.
- Şair oldu -Yosif Brodskiy.
- Hə, siyasət barəsində bu qədər qeyri-ciddi qənayətdə bulunduğunu gözləmirdim.
-Bilirsən bu sənin fəlsəfən sənin başını diyəsən lap xarab edib. Bizim cəmiyyətdə insan ancaq bir şeylə məşğul lması mümkün deyil çünki gec tez bir uğursuzluğa, ümidsizliyə düçar olacaqsan, və başlayacaq uzun bir depresiya. Özünü tez tükəndirmə, bir az ehtiyyat saxla, gücünü təkcə fikrə yox, həm də işə, lap elə sevmədiyin bir işə sərf et. Orteqa-i-Qasset demiş: öküzün buynuzundan yapışıb məsələni həll etmək lazımdır. Biz öz cəmiyyətimizi qurub, və orada öz meydanımızı inşa etməliyik
-Səninlə razıyam , amma mən necə deyərlər işimi gücümü atıb siyasətlə məşğul olmaq istəmirəm, mən ziyalıyam.
- Bunu səmimi demədin,və ya ən azından buna inanmağım gəlmir, amma cavabını verəcəm.Deməli eynək arxasında gizlənmək istəyirsən, -“mən ziyalıyam məimlə işiniz yoxdur”. Həə dosdum, sənin fikirlərinin haradan qaynaqlandığını anladım. Sən Marko Polodan bahalı bir eynəyi moda atributu kimi taxarsan, bunu alqışlayaram, yoxsa sən çox zəif, yazıq, həmiçə əzab çəkən, özünü müdafiə üçün eynək arxasında gizlənən birisi olmaq barədəmi düşünürsən? Bilirsənmi dostum mən də bu lənətə gəlmiş qaydalara nifrət edirəm, amma onlara əməl etmək zorundayam. Hər şeyin başını buraxıb anarxizmə yuvarlanmaq məhsuliyyətdən qaçmaq, harasa sığınmaq- bu qorxaqlıq əlamətidir, haqsız özünəbəraətdir. Bir film var: “Ölüm kamerasından reportaj”, orada 27 qadını qətlə yetirmiş manyak ondan müsahibə alan jurnalisti və gözətçiləri birbaşa efirdə girov götürür. O gözətçi qaddına təxminən belə deyir : sən nə biləsən həysatın mənası nədir, donuz kimi yeyib qarnını şişirtməkdən başqa nə bilirsən? “Mənim beş uşağım var, budur mənim fəlsəfəm” deyə qadın cavab verir. Çox ciliz bir bəraətdir elə deyilmi?
-Məgər bir insan digərinin həyatının mənası ola bilməz?
-Əsla, bu cür olsaydı həyatda məna olmazdı. Həyatın mənası nədir barədə heç nə deyə bilmərəm amma sualın özünü başa düşürəm
- Deməli Tanrıya inanirsan?
-Sən rəqəmlərin nə qədər gözəl olduğunu heç naxt bilməmisən. Əsl mügəddəs kitab düsturladan, rəqəmlərdən və bunları birəşdirə biləcək bir məntiqdən ibarətdir. Bu gözəlliyi görməsən kiçik hədəflərin gözündə böyüyəcək, onlara çatmaq çox çətin olacaq, çünki bu hədəflər özlərini sənə həyatının mənası kimi sırıyacaqlar. Sən öz Tanrını tap bunu necə etməyi sənə dedim. İki vasıtən var ikisi də Tanrıdandır .
-Bunu necə kəşf etdin?
-Trolleybusda...
-Bəs ciddi?
-İntuisiya mənim dosdum., Əsl intuisiya və birdə ən əsası: ruslarda bir söz var, deyirlər “şevelnut mozqami”- yəni beynini tərpət. Heç sən beyninin həqiqətən tərpəndiyini, onun necə çalışdığını bir dəfə də olsun duymusan?
-Nə bilim, bəlkə də bir neçə dəfə...
-Qətiyyən ola bilməz, çünki əsas məsələ də elə bu “bir dəfədədir”, ikinci dəfə olmur. Sən öz Tanrını ancaq bir dəfə duya bilərsən.
-Belə çıxır ki, bizim bayaqdan bəri apardığımız söhbətlərin heç bir qəpik də qiyməti yoxdur?
-Elə deyil . Var məqsəd, var vasitə və var məqsəd-vasitə. Biz üçüncü barədə danışırdıq, odur ki qətiyyən pissimist olma. Sadəcə onun səni üstələməsinə izn vermə, ona tez-tez sənin onu tanıdığını və Tanrıya inandığını xatırlat.
-Bəs mənim mükafatım nə olacaq?
-....
-Bağişla dosdum, amma mən açığı öz həyatımın mükafatını elə özüm almaq istərdim.
-Təbii, alqışlayıram. Sən mütləq mükafatlandırılacaqsan, sadəcə öz işini gör və son dərəcə ədalətli ol, Tanrının sənə verdiyi o iki vasitədən maksimum yox mütləq dərəcədə istifadə et, onları necə deyərlər son qəpiyinə qədər xərclə. Fəlsəfəyə qarşı son dərəcə ədaləli olmaq lazımdır, spikulyasiya yol verilməzdir və çox ciddi cəzalandırılır.Sənin ən böyük, yox-yox yeganə və ən böyük mükafatn həmən o “bir dəfə” olacaq. Buna çatmaq üçün sənin sayca çox az, amma əsas vasitələrin var.
-Bəs bu vasitələrin məndə lazım olan qədər olduğuna əminsən?
-Əks halda biz səninlə burada oturub söhbət etməzdik. Axı mən bunu sənə demişdim,onların qədəri yoxdur, onlar mütləqdir. Bir də yadından çıxarma, mənim iki dosdum var, qoy sənin də olsun.

Rasim İlyas gangasratagati@mail.ru

понедельник, 18 июля 2011 г.

Bomond

BOMOND

Bu, metafora deyil

Bu gün hamı buradadır, yazıçılar şairlər, filosoflar, aktyorlar rejissorlar bəstəkarlar, siyasətçilər, kommunistlər, anarxislər, demokratlar, degeneratlar. Bu axırıncılar radiasiyaya yoluxmayıblar, onlar ruhən belədirlər, amma, hər halda bu degenerasiya onların fizianomiyalarında da özünü şox kəskin surətdə biruzə verib. Buradakı insanlar yeni ideya axtarışındadırlar, bu boşluğu hər kəs öz “ideyası” ilə doldurmağa çalışır. Bu yığıncağın təşkilatşısının və eyni zamanda isə aparıcısının isə öz mıqsədi var.Təsəvvür edək ki, o Bulqakovun çox məhşur bir qəhrəmanıdır.
Tədbir başlayır, pərdə arxasından aparıcının səsi gəlir:
- Bu gün yeni liderlərin təqdimat mərasimidir. Burada toplaşan gənclərə öz liderini seçmək imkanı veriləcək. İndi sizə təqdim olunacaq insanlar bizim cəmiyyətin alternativsiz qaymaqlarıdır. Buyurun qarşılayın!
Səhnə arxasında aparıcı boyu 150 santimetrdən çox olmayan, yaşı əllini keçmiş bir kişiyə öz təlimatlarını verir:
- Bu insanlar qeyry-adiliyi xoşlayırlar, onları təəcübləndir, ələ al. Başına beret qoy, bığlarının ucunu da yuxarı bur - deyib, ona bir fırça və kişik bir vedrədə tünd qırmızı rəngli boyaya oxşar bir maye verib səhnəyə yola salır.
Səhnəyə böyük bir kətan tablo enir, onun garşısında dayanan “rəssam” zala müraciyət edir:
- Mən Salvador Daliyəm! İndi burada, bu tabloda iki saatdan sonra məm bu fırça və bu rənglə dünyanın ən məhşur şedevrini yaradacağam!
Zaldan etiraz səsləri gəlir:
- Sən heç iki yox, iki min saatdan da sonra heç nə yarada bilməzsən. Bunun üçün kifayət gədər sərbəst deyilsən, birdə ki, sənin əlindəki boya ancaq mənasız dörbucağa bəs edər.
-Cəhənnəm ol!
- İtil!
- Sən bizi aldada bilməzsən!
Fit və etiraz səsləri zalı bürüyür. Aparıcının səsi kütləni sakitləşdirir:
- Mənim əzizlərim tələsik qərar şıxarmayın. Buyurun dünyanın ən istedadlı rejissorunu qarşılayın!
Səhnəyə orta boylu, kök bir cavan oğlan çıxır, mikrafona yaxınlaşır və oskar mükafatı alırmış kimi bir poza alır:
- Bilirsiniz ki, mən bu yaxınlarda yeni bir film cəkmişəmə Onun təkcə adı görün sizə nələri deyir: “ Bir mərtəbəli evin zirzəmisi”. Mən bu hollivuddakı axmaqların yerinə olsaydım bu filmə 13 oskar mükafatı verərdim.
Bəs niyə 11 yox , məhz 13? – deyə gənclərdən biri soruşur
- Çünki 11 nəs rəqəmdir, o Titanikə düşmədi
- Bəs sənin adın nədir? – deyə digər bir gənc soruşur
-Federiko Fellini!
- Onda bizə de görək, o bədbəxt özünü və uşaqlarını nə üçün güllə ilə vurdu, hə!?
“Rejissor” fikirləşməyə başlayır, zalı yenə etiraz və fit səsləri bürüyür. Aparıcı bu nömrənin də baş tutmadığını görüb yenidən zala müraciət edir:
-Siz tamamilə haklısınız, bu bigabiliyyətdən lider çıxmaz, indi mən sizə sizin yeni peyğənbərinizi göndərəcəyəm.
Səhnə arxasında aparıcı “peyğəmbərə” qırmızı üzlü bir kitab uzadaraq onu səhnəyə qalxmağı əmr edir:
- Çıxarsan və deyərsən ki, bu sizin yeni müqəddəs kitabınızdır...
- Messir axı bu “Qırmızı müdriklərin protokolları”dır- deyə “peyğəmbər” etiraz edir.
Ararıcı qəzəblənir:
- Boş-boş danışma, bunun nə fərqə var ki, kitab kitabdır!
- Bəs birdən bir sual versələr, onda necə olsun?
- Narahat olma, mən suflyorun yerində olacağam – deyə aparıcı cavab verir.
“Peyğəmbər” bir əlində kitab, sol qolunun üstündə qartal, boğazında isə ilan səhnəyə çıxır və deyir:
- Mənim adım Zərdüşdür. Bu əlimdəki kitab sizin yeni müqəddəs kitabınızdır, boynumdaki ilan müdriklik, qolumun üstündəki qartql isə cəsarət rəmzidir. Siz Bilirsiniz ki Allah ölüb. Onu kimin öldürdüyü, sizin üçün yenicə nazil olmuş bu yeni müqəddəs kitabınızda yazılıb. Onu sionistlər öldürüb, biz onlara qarşı amansız mübarizə aparmalıyıq, onların hamısını məhv etməliyik, onların dövlətini şəhərlərini yer üzündən silmələyik. Bizim bütün bəlalarımızın səbəbkarı onlardır. Əgər məni özünüzə lider seçsənəz söz varirəm ki, onlar üçün ikinci xalakost təşkil edəcəyəm.
-Sən düz demirsən. Allahın necə öldüyünü biz yaxşı bilirik, əgər sən həqiqətən də Zərdəştsənsə onda de görək sən o qoca arvada qadınlar haqda nə demişdin – deyə gənc bir qız soruşur.
Yalançı peyğəmbər çaşır , suflyora sarı əyilərək pıçıldayır:
- Messir, Zərdüşt qadınlar haqda nə demişdi?
- Mən nə bilim? O axmaq arvad o qədər goca idi ki, Zərdüşdün dediklərini dərhal unutdu, məh heç nə öyrənə bilmədim.Hələ ki, gec deyil səhnədən get, yoxsa məni də ifşa edəcəksən.
Zalda yenə hay-küy qopur. Aparıcı yenə kütləni sakitkləşdirir:
- Narahatçılığa əsas yoxdur, mənim əzizlərim, indi mən sizə dünyanın ən məhşur inqlabçısını təqdim edəcəyəm!
Səhnə arxasında aparıcı gənc bir oğlanı yanına çağırıb deyir:
- Al, bu bereti qoy başına, bu da sənin kuba siqarın, çıx səhnəyə və onları sakitləşdir.
Cavan oğlan - Axı Messir mən bu kütlənin qarşısına çıxsam çox həyəcanlanacağam, və heç nə edə bilməyəcəyəm? – deyə qorxa-qorxa soruşur. Aparıcı bərk qəzəblənir:
- Sən nə vaxt adam olacaqsan? Azazello?!, bu axmağa 200 qram Montesuma süz, qoy zəhərlənsin.
Azazrllo dərhal əlində bir stəkan araqla oğlanın qarşısında peyda olur. Cavan oğlan stəkanı bir nəfəsə başına çəkib, Azazellonun odlu kürən saçlarını iylədikdən sonra, sağ yumruğunu yuxarı qaldıraraq səhnəyə çıxır.
- Ey mübariz gənclik, siz bilirsiniz ki, mənim adım dünyanın ən məhşur inqlabçıları ilə bir cərgədə şəkilir. Mən təcrübəli bir inqlabçı kimi sizi əmin etmək istəyirəm ki, artıq inqlabın əsas şərti, ayın on üçü, cümə günü və dolu ay bu il üst-üstə düşəcək. Və məhz bu gün mən ölkədə kürən inglabı edəcəyəm.
Zal yenə etiraz etməyə başlayır:
- Bu necə inglabdır ki, bunun haqqında hamı bilir? Sənin bu inglab etməyin lap o rus cizgi filmindəki italtyansayağı oğurluğa bənzəyir. Bilirsən də orada Marçellonun bank yaracağını bütün şəhər bilir, sonda borclarını payladıqdan sonra yenə də cibi boş qalır.
Zalı gülüşmə səsləri bürüyür.
- Bəs sənin adın nədər, inqlabçı? – deyə kimsə soruşur.
- Çe Qevara!
- Nə Qevara?
- Çe.
- Nə? Çe? Bu ki erməni dilində yox deməkdir! Daş- qalaq edin bu əclafı, o satqındır - sözləri deyildikdən sonra, inqlabçının başına zaldan müxtəlif əşyalar yağmağa başlayır.Qızlrdan biri dik daban ayaqqabısını çıxarıb snayper dəqiqliyi ilə “ Çe Qevaranın” başını vurub qanadır. O daha ağir xəsarət alacağından qorxaraq səhnədən qaçır. Səhnə arxasında aparıcı qəzəblə uzun quyruğunu Çe Qevaranın boğazina dolayıb oxa bənzər ucunu isə azacıq onun xırtdəyinə sancır və qışqırır:
- Azazello! Gəl bu alkaqoliki apar at zindana, bəlkə altı-yeddi ildən sonra ağlı başına gələ, özü də siyasi məhbus ela edərsən bunu, zindandan çıxarıb yeni siyasi lider kimi təqdim edərik, bəlkə onda ona daha çox inanalar.
Aparıcı narahat olmağa başlayır:
- Bir çıxış yolu olmalıdır axı. Bu gəncləri nə ilə isə maraqlandırmaq diyəsən çox çətin olacaq.
O üzünü Marqaritaya tutub deyir:
- Bəlkə sən onlara striptiz göstərəsən?
- Axı Messir mən bunu bacarmıram – deyə Marqarita cavab verir.
- Mən nə deyirəm onu da et, soyunmağı ki bacarırsan, çıx səhnəyə onların başını bir az da olsa qat, mən ona kimi bir şey fikirləşərəm.
Marqarita başına kavboy şlyapası, ayaqlarına qırmızı rəngli dikdavan uzun çəkmələr, qödək cins şort geyir və dama-dama köynəyənin uclarını düyüb səhnəyə çıxır. Coy Kokkerin müvafiq musiqisi səslənir və səhnənin ortasında paslanmayan poladdan hazırlanmış boru peyda olur. Marqarita bir əli ilə bu borudan yapışıb onun ətrafına bir neçə biçimsiz dövrə vurduqdan sonra, arxasını zala çevirib, üzərində böyük 69 yazılmış şortu yavaş- yavaş aşağı salmağa başlayır. Zalı yenə də fit və etiraz səsləri bürüyür:
- Sorasını göstərməyə də bilərsən, mən Moskvada oxuyanda sənin o göstərmək istədiyini unitazdan da çox görmüşəm – deyə eynəkli bir oğlan ucadan qışqırır. Zala sükut çökür, hamı xüsusən də ətrafdakı qızlar təəcüblə utancaq kimi tanıdıqları bu oğlana baxırlar. Diyəsən heç kim ondan bu cür açiqlama gözləmirdi. Bir neçə saniyədən sonra yenidən zalda səs-küy bərpa olur:
- İndi sənin üçün 19 əsrin sonu, 20 əsrin əvvəli deyil ki, müsəlman kişilərinin başını Kan-Kanla aldadıb varını yoxunu əlindən alasınız!
- Sən bizə lazım deyilsən!
- Cəhənnəm ol səhnədən!
- Biz yenilik istəyirik, bizə yeni ideya verin, yeni lider verin, yoxsa çıxıb gedirik!
Pərdə arxasında, aparıcı irəli-geri var-gəl etməyə başlayır. Onun başına toplaşanlardan biri təklif edir:
- Messir bəlkə siz özünüz səhnəyə şıxasınız?
- Əla fikirdir! Əgər bu zəhrimara qalmış quyruğumu şalvarın içinə salsam, kürən saqqalımı qırxsam, başima da papaq qoysam ki buynuzlarım görünməsin, onda niyə də görə çıxmayım? – deyərək aparıcı çoxmənalı baxışlarla hamını süzür.
- Əla Messir! Siz dahisiniz!- deyərək hamı əl çalmağa başlayır. Aparıcı qəzəblə onların üstünə bağırır:
- Susun, axmaqlar, heç fikirləşmədiniz ki, mən bu qarmağa oxşayan burnumu hara.., gizlədəcəyəm, həə?! Bunu görən kimi, məni tanımayacaqlar?! Bilməyəcəklər ki, bütün bu oyunların arxasında mən dururam?!
Aparıcı bir az fikirləşdikdın sonra davam edir:
- Onların başı çıxmayan yalnız bir iş var, qoy kəndirbazla fakir hərəsi başlarına bir əndrabazi papaq qoyub çixsınlar səhnəyə və öz məharətlərini göstərsinlər. Bizim son ümid yerimiz onlardır.
Kəndirbazla fakir səhnəyə çıxdıqdan bir neçə dəqiqə sonra zalı alqış səsləri bürüyür. Pərdə arxasındakılar da bu alqışlara qoşulurlar:
- Təbriklər Messir!
- Messir, siz həqiqətən də dahisiniz!
Amma aparıcı heç də bu alqışlara sevinmirdi. O üzünü onu alqışlayanlara tərəf tutib deyir:
- Bəli, biz bu gün onları bu kosa-kosa oyunu ilə aldada bildik, ançaq bu müvəqqəti qələbədir. Çünki mən onların arasında bir varlıq görürəm. O, canlı deyil, amma yaşamağa böyük haqqı var. O nə az olur, nə də ki çox. O nisbi deyil, o mütləqdir, dəqiqdir və mükəmməlir. O ya var, ya da ki heç yoxdur. Onun üçün ətraf mühit vaçib deyil. O həm özüdür, həm ətrafı. O hər yerdə və hər situasiyada özünə yol tapandır. Təmkinlidir. Həmişə galibdir. O, özünüdərkin ən vaçib şərtidir. O mənim və sizlərin ən qatı düşmənidir.
- Axi o nədir elə Messir? – deyə hamı soruşur.
- O, zatialiləri istadaddir.

Rasim İlyasov
zaratustra@box.az

среда, 13 июля 2011 г.

Köhnə kişi

Ay baba

-Axşamın xeyir ay baba.
-Axşamın xeyir ay bala, bu gecə vaxtı hardan gəlirsən?
Nə bilim ai baba cavanlıqdır də, gəzirik. Heç sən cavan olmamısan?
-Eh, ay bala, bizim vaxtımızda hər şey tamam başqa cür idi...
-Nə varıdıye o dağda dərədə , bulvar yox, bar yox, diskoteka yox. Hə, baba?
-Ay bala babanın barı da, bulvarı da, diskotekası da, elə o dağ dərələr idi.
-Bilirsən ay bala sizə elə gəlir ki bizim dövrümüzdə heç nə yox idi,baban dünyanın hər naz-nemətin dadıb. Mən səndən yaşda bir az böyük olardıb kəndə kolxoz sədri gələndə, gözəl göyçək oğlan idim, babnın nə problemi ola bilərdi?
-Baba bir az danış da o sərgüzəştlərindən nə olar ? İndi birdə görürsən bu ağsaqqallar çıxırlar televizora deyillər ki, ay bizim vaxtımızda belə idi, elə idi. Həbilim, bu avropa filan pozdu bu milləti, nə bilim nə...
-Bala onu bir az düz deyirlər, bir az səhv deyirlər hərə bir cürədir də. Bax mən muhəribədən qabaq getdim Bakiya oxumağa, sonra məni göndərdilər bizim rayona icrayə komitəsinə işləməyə, sonra mühəribə başladı. Məndə ki , könüllü olaraq getdim, elə üç ay çəkmədi bax bu ayağımı topuxdan aşağı itirdim. O vaxtlar müharibə iştirakçılarina böyük hörmət vardı, hökumət çox diqqət yetirirdi, gəlib elə həmən yerimdə bir beş il işlədim, oradan da məni bax sənin nənənin yaşadığı kəndə kolxoz sədri göndərdilər.
-Baba, bəs sən muharibədən qabaq evlənmişdin axı?
-Hə də a bala, oxumaqdan qayıdandan sonra atam məni kəndə evləndirdi. Həmən o sənin rayondakı ögey dediyin əmilərin və bibin ki var, onlar o arvaddandı. Sən çox kiçik idin, o nənəni xatırlamazsan, rəhmətə getdi.
-Bəs mənim nənmlə necə oldu evləndin?
-Kəndə kolxoz sədri ki gəldim, elə birinci gün idi gördüm onu. Yaman şey idi sənin bu nənən. Deməli, dedilər ki bəs kənd sovetinin sədri cavan bir qızdı, özüdə yüz kişiyə dəyər. Oturub sovetliyin binasının həyətində çay içidirdik dedilər, odur e gəlir. Hə, bir də gördüm atın üstündə bir gözəl qız , ayağında xrom sapox əynində yaraşıxlı nir şalvar belidə qoşalülə, muştuğu da ağzında tüstülüyə-tüstülüyə...
-Ay baba, bəs deyillər o vaxlar qızlar şalvar geyinmirmiş siqaret çəkmirmiş?
-Onu kim deyir a bala?
-Nə bilim, du televizorda filanda bu ziyalılar deyirlər ki, bəs o vaxtlar qoca nənələr nadir hallarda siqaret çəkərmişlər, o da ki dərddən?
-Yalan deyirlər ay bala, nənənin nə dərdi var idi, bu dəqiqə bütün rayonda qız vaxtındın siqaret çəkən arvadların hanısını adbaad deyərəm sənə. Çoxu da namuslu geyrətli, kukla kimi qızlar idi.
-Bəs onda niyə deyirlər?
-Bir məsəl var ay bala, deyir pişiyin ağzı ətə çatmayanda deyir iylənib. Onlar həmən o gözəllərə baxıb ağzının suyun axıdan eşşək hərləyənlərdi
-Ay baba bu eşşək məsələsi doğrudandı yoxsa eləbir sözdü deyillər?
-Ay bala eşşək nədi, qoun nədi, keçı nədi, o qədər gedib üstünə çıxmışamki.
-Zoofiliyadır bu baba.
-Yox bala, biz tərəflərdə fil olmuyub...
-Yox e baba, fil demirəm e, zoofiliya heyvanla cinsi əlaqənin elmi adıdır
- Hə belə de də, yoxsa elə bildim fil deyirsən,nə isə.
-Baban nələr görmüyüb, fərli başlı kişilərin arvad problemi olmazdı, Arvadlar da a bala, oda candı, neyləməlidi, göz gaşlaşardıq, nəbilim filan yerə gəl, bəhməkan yerə gəl, bala üzr istiyirəm eləsiynən oludu, belə əməlli başlı, eləsi də olurdu deyirdi, yox e, özün bilirsən da yüz hoqqalar var. nə bilim ordan burdan.
-Bəs sonra nəcə ərə gedirdilər, yengə, filan olurdu axı?
-Eh, ay bala, eşşəkdən başqa heç nə görməyən nə bilirdi nə var, nə yox. Arvadlar var idi e, düzüb qoşurdular. Qeyrətli oğlanlarımız da birdən olurdu tora düşürdülər, kimin təmkini vardı səssiz səmirsiz qovluyurdular gedirdi, baltanı götürüf doğruyan da olurdu. Hər yerdə olardı bir zay nəsil, bütün ərazinin kişilərini yola verirdilər gedirdi. Eh ay bala, uşağa kişiyə dəliyə heyvana tamah salan şərəfsizlər də vardı.
-Ay baba bəs deyillər homoseksualizm bizə Avropadan keçib?
-O nə deməkdir ay bala?
-Yəni kişi kişiylə cinsi əlaqədə olması?
-Boş sözdür a bala o vaxt heç Avropaya gedib gələn vardı? Hər kənddə də olmasa, bir üç kənddən birində bir qızoğlan vardı...
-Homoseksual demək istəyirsən yəqin?
-Nə bilim indi siz nə deyirsiz, belə xarici görünüşü kişi idi, ama elə arvad kimi bir şey idi. O eşşək hərliyənlər onlarnan başların qatırdılar, indi eləsi vard belə lap açıq aşkar, hamı bilirdiki bala bu adam indi belədir də, xəstə kimi bir şeydir. Amma elə kişilər də vardı ki, ailəsi uşağı amma elə bil üzə vurmasalar da hamı bilirdi ki, onun elə bil filankəsə əlaqəsi var, ee ay bala baban nələr görməyib.
-Çox maraqlıdır ay baba bunları mənə niyə vaxtında danışmamısan?
-Hələ bu harasıdı ay bala, rayoinda bir kişi vardı, biraz dəli fasonuydu, zibil maşınında zıbıl yığan işləyirdi. Dörd uşağı vardı, ikisi biraz normal idi, böyük qızla böyük gədə. Kiçik qızla kıçik ğədə anormal idilər. Çox pinti bir ailə idi, bit birə basıb yeyərdi, onun bunun qapısında nökərçilik edirdilər. Hamının yazığı gələrdi, harda görərdilər puldan filandan verərdilər. Həmən o eşşək hərliyənlər o iki uşağa tamah salırdılar ay bala...
-Oğlanada!?
-Hər ikisinə ay bala, onların üzünə baxanda adam iyrənirdi, allahın yaratdığıdır da bala, belə günaha batmaq kişiyə yaraşarmı? Sonra da dövran dəyişdi elələri ixtiyar sahibi oldular, varrandılar indi oturub kişilikdən dəm vururlar. Nə fərqi var ya sən kişini ya kişi səni, ordan ora bir addımdır ay bala, müsəlmanın günü budurda.
-Baba sən deyirsən amma o vaxt axı qızlar belə açıq- saçıq geyinmirdilər axı, namus qeyrət vardı...
-Ay bala namus qeyrət geyimlə ölçülmür, elə gödək tumanlı qızlar var ki, milyon dəfə o uzun tuman geyənlərdən namusludur. Kim necə istəyir qoy elə də geyinsin, bəlkə elə o eşşək hərləyənlər baxıb gözləri doya.
-Ay baba, bəs o vaxtlar müsəlmançılıq indikindən güclü idi, yoxsa əksinə?
-Bilirsən bala bu müsəlmançılıq heç əzəldən bizim millətin xasıyyətinə uyğun gəlmiyib, millətimizin amma çox gözəl xasiyyəti var ha deyimki,
-Mentaliteti...
-O nə deməkdir?
-Baba elmi dildə millətin xasiyyətinə deyirlər. Indi bir çoxları deyir ki bəs bizim millətimizin mentaliteti pisdi bunu dəyişmək lazımdır.
-Onu deyən qələt eliyir, o mentalitet deyirsən, nə deyirsən, nədi o, yəni millətin xasiyyəti dəyişən bir şey deyil ay bala. Bir bax da rus elə 500 ildiki rusdu, erməni 1000 ildə elə erməni olaraq da qalıb. Millətimizin gözəl xasiyyəti var ay bala, ən əsası da dəyişə bilmək muasirləşməyi bacarmaq, dünyanın gedişatını tutmaq, bunları niyə dəyişməliyik ki? Biz bunları yox, millətimiziə qənim kəsilmiş hökumətləri dəyişməliyik ay bala. O vaxtları çayın kənarında çox gözəl bir ərazı vardı, yaxşı gilas, ərik bağları əkin sahələriydi, oranı verdilər ermənilərə.
-Hə vaxt olub bu ay baba?
- Hardasa 70-in əvvəlləriydi, ay bala...
-Bəs deyillər o vaxtlar heç bir qarış torpaq da verilmiyib ermənilərə?
-Yalan söhbətdi ay bala, hektar-hektar, yavaş-yavaş hesablasan elə muharibədən bu yaxınlara qədəq bir iki rayonumuz da gedib.
- Bəs o vaxt camaat niyə eyiraz eləmirdi ?
- Bala baban elə nəyə görə 6 il türmələrədə qaldı, bu medallarım olmasaydı indi çoxdan güllələmişdilər məni. 6 ildən sonra kəndə qayıdanda çayın kənarında ermənilər böyük bir qəsəbə salmışdılar. Eşşək hərliyənlətin kefiydi bala, erməni axçilərinnin ən azı ikisindən biri yola gələn olurdular. O yerlər atamın əmisinin yerləri olub, kişi Musavat hökumətində nazir olub, sovet hökuməti onu qətlə yetirib, o vaxlar atam bunu gizlədirdi ölənə yaxın mənə danışdı, Elə bir kişinin torpağında indi ermənilər meydan suluyur.Sonra da bir az da belə eşşəkhərliyənlərin ucbatından bütün torpaqlarımızı itirdik ay bala.
-Nə isə, ay baba, bəs o vaxt nənəmlə evlənəndə o birisi arvadi neynədin?
-Hökumətlə boşandım, amma ondan sonra atanin bir əmisi birdə bir bibisi oldu da, gedib gəlirdim, onu da saxlayırdım...
-Baba bu bir ayağinla özünə görə olmamısan , öz aramızdı? 
-Bala əsas məsələ ayaqda deyil 
-Bəs nədədi ? 
-Özün yaxşı bilirsən, ağılda 
-Bəs atamın balacısı da var e, o necə oldu?
-Əşi oldu da, anası boşanmış gəliniydi, çox yaraşıqlıydı, kolxozun kitabxanasında işləyirdi, iki uşağı da vardı. Nə bilim indi oldu da 
-Bəs camaat kənddə nə deyirdi?
-Nə deyə bilərlər ay bala, babanın hələ sözünün üstünə bir söz deyən olub ki indiyə qədər, kim cəsarət eləyə bilərdi, hamı bilirdi ki, bu gəlin mənlikdi. Babanın varı, ürəyi ,cəsarəti, qolunda gücü, sözündə təpəri vardı, zəif adam olsaydım məni də, onuda huydu-huyduya götürərdilər.
-Baba bəs bu yaxınlarda bilirsən nə olub? Qəzetdə yazmışdılar ki, bəs bir qız qoşulub başqa bir qıza qaçıb.
-Əstafrullah ay bala, başa düşmədim?
-Yəni deyib ki, mən bu qızla elənirəm, o vaxt elə şeylər olmurdu heç?
-Bala da bu dərəcədədə yox ama olurdu, iki qadın bir yerdə yaşıyırdilar, avvam adamlar deyirdilər ki, bacı kimidilər, amma bilirdik də nə var nə yox. Elə kişifason arvadlara çox rast gəlmişəm
-Lezbiyan deyillər onlara indi ay baba...
-Nə bilim ay bala hər şeyə bir ad qoyurlar da indi. Belə şeylər haqqında sən nənəndən soruşsan yaxşı olar e, o arvad xeylağıdır da, hər halda məndən yaxşı bilər
-Ay nənə!?
P.S Nənənin nələr danışdığını bizim xanım yazarlardan biri qələmə alsaydı çox yaxşı olardı
P.S.S Baba ilə söhbət redaktə olunub və senzuradan keçib, çünki o qeyri senzur sözləri xoşlayır. Buna görə də bu redaktə, söhbətin ləzzətini bir qədər qaçırıb. Əgər söhbətin tam mətnini oxumaq istəyirsinizsə onu öz blogumda yerləşdirə bilərəm.
Rasim İlyas gangasratagati@ mail.ru

пятница, 1 апреля 2011 г.

Müxalifətin 2 aprel mitinqi uğurlu alınacaq